Bakı. Trend:
ABŞ Çinlə davamlı ticarət razılaşması əldə etməyə çalışır.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
deyib..
“Çinlə müqavilə əla olacaq. O, davamlı olacaq”, – deyə ABŞ
prezidenti jurnalistlərə bildirib.
“Gördüyünüz kimi, mən Prezident Si ilə çox yaxşı yola gedirdim”,
– deyə D.Tramp oktyabrın 30-da Koreya Respublikasında keçirilən
APEC sammiti çərçivəsində baş tutan ikitərəfli görüşə toxunaraq
qeyd edib.
“Düşünürəm ki, onlarla uzun müddət gözəl münasibətlərimiz
olacaq”, – deyə ABŞ prezidenti əlavə edib.

