
Zəngilan şəhərindəki Konqres Mərkəzində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün “Zəngəzur dəhlizi – regional nəqliyyat şəbəkəsi” mövzusunda brifinq keçirilib.
“Report” xəbər verir ki, brifinqdə diplomatları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə həmçinin diplomatlara Azərbaycanın nəqliyyat-logistika imkanları, tranzit potensialı və bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


