Türkiyə Futbol Federasiyası 151 hakimə cəza verib

Baş səhifə
Türkiyə Futbol Federasiyası 151 hakimə cəza verib

Türkiyə Futbol Federasiyası (TFF) 151 hakimi hüquqlarından məhrum edib.

“Report” xəbər verir ki, bu barədə TFF-nin İntizam Komitəsi qərar çıxarıb.

Onlar müxtəlif müddətə futboldan kənarlaşdırılıblar. Ədalət təmsilçiləri oyunlarda mərc etdikləri üçün cəza alıblar.

FIFA referisi Zorbay Küçüklə bağlı araşdırma isə davam edəcək.