Azərbaycan elektrik enerjisi ixracından 54 milyon dollar qazanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 53,8 milyon ABŞ
dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
20,7 milyon ABŞ dolları və ya 27,8% azdır.




Belə ki, ötən ilin ilk 9 ayında ölkədən 74,5 milyon ABŞ dolları
dəyərində elektrik enerjisi ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil
edib.