Vyetnamda daşqınlar 14 nəfərin həyatına son qoyub

Baş səhifə

Bakı. Trend:

Vyetnamın mərkəzi bölgəsində güclü daşqınlarla müşayiət olunan
leysan yağışlar 34 nəfərin ölümü, 8 nəfərin itkin düşməsi ilə
nəticələnib. Daha 34 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri
aldığı bildirilir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, təbii fəlakət mərkəzi rayonların infrastrukturuna
ağır ziyan vurub. 128 mindən çox yaşayış evi və bina daşqın suları
altında qalıb. 4,9 hektar düyü tarlası və başqa əkin sahələrinə,
790 hektardan çox meyvə plantasiyalarına zərər dəyib.

Bundan başqa, ümumilikdə 17,7 min baş iri buynuzlu heyvanın və
quşun tələf olduğu qeyd olunur.