Məmmədbəyli kəndində 39 beşotaqlı inşa edilib

Baş səhifə

Zəngilan. Trend:

Jurnalistlər Prezidentin izi ilə Zəngilana təşkil edilmiş səfər
çərçivəsində rayonun Məmmədbəyli kəndində olublar.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə
əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva kənd haqqında media
nümayəndələrinə məlumat verib.

O bildirib ki, kəndin ümumi sahəsi 51,6 hektardır.




Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç,
55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi
nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb,
onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin
olunub. Kənddaxili yollar asfaltlanıb.

Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub.
İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə
işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə
çalarlar qatır.

Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə
yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu
kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik
Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə
sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər
mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış
təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.