Litva Belarus ilə sərhədi bir ay müddətinə bağlayıb

Baş səhifə
Litva Belarus ilə sərhədi bir ay müddətinə bağlayıb

Litva hökuməti Belarus ilə sərhədi bir ay müddətinə bağlamaq qərarına gəlib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu qərar hökumətin iclasında qəbul edilib.

Sərhəd noyabrın 30-na qədər bağlı qalacaq.

“Vətəndaşların təhlükəsizliyi hökumətin danılmaz prioritetidir. Ona görə də Belarus ilə sərhədi bağlamaq lazımdır”, – Litvanın baş naziri İnqa Ruqinene iclasda bildirib.