Mirzə Fətəli Axundov küçəsində sökülən bina tarixi tikili deyil.
“Report” xəbər verir ki, bunu Bakı Şəhəri İcra Hakimiyyəti aparatanın şöbə müdiri Rəşid Ağayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ərazidə söküntü işləri qurumların nəzarəti ilə həyata keçirilir:
“Hazırda burada Mədəniyyət Nazirliyindən, şəhərsalma və arxitektura komitəsindən və digər qurumlardan nümayəndələr iştirak edir. Söküntü işləri onların nəzarəti altında həyata keçirilir”.
MƏLUMAT YENİLƏNİR..
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

