FIFA Türkiyə Superliqası təmsilçisinə transfer qadağası qoyub

Baş səhifə
FIFA Türkiyə Superliqası təmsilçisinə transfer qadağası qoyub

Türkiyənin “Antalyaspor” klubuna transfer qadağası qoyulub.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.

Superliqa təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.

Qeyd edək ki, “Antalyaspor” hazırda turnir cədvəlində 10 xalla 14-cü pillədə qərarlaşıb.