Şəhid atası: Oğlumun nəşini 33 il gözlədim, indi hamı mənə “gözün aydın” deyir

Baş səhifə
Şəhid atası: Oğlumun nəşini 33 il gözlədim, indi hamı mənə gözün aydın deyir

Şəhid atası Sultan Orucov 33 ildir oğlu barəsində xəbər gözlədiyini deyib.

S.Orucov “Report”a açıqlamasında bildirib ki, uzun müddətdən sonra oğlunun nəşi tapılıb və indi hamı ona “gözün aydın” deyir.

O bildirib ki, 33 ildir Rəfaeldən hər gün bir xəbər gözləyib:

“Bu qədər müddətdə xüsusi xəbər də yox idi. Artıq vəziyyətlə barışmışdıq ki, o, şəhid olub və bu şərəfli adı qazanıb. Bundan sonra artıq onun məzarını ziyarət edəcəyimiz məkan var. 33 ildən sonra bu, bizim üçün sevincli gündür ki, oğlumun nəşi tapılıb. Ali Baş Komandanımız İlham Əliyev sağolsun, Ordumuzu Allah qorusun”.