
Bakı.Trend:
Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti
dayandırılacaq.
Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, “Əhmədli” qaz kəməri üzərində klapanın
quraşdırılması işləri ilə əlaqədar 29.10.2025-ci il tarixdə saat
10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Y.Eyvazov, C.Qurbanov,
V.Quliyev, F.Kərimzadə, Ə.Mehmalıyev, Z.Şərifov, R.Alıcanov,
M.Fətəliyev, Q.Vəliyev, Şadlinski, Y.Əliyev, Neftçi, K.İsmayılov,
E.Bəkirli (bir hissəsi), Vağzal, Gənclər, Hacinski küçələrinin və
40-42-50/60, 40-48-ci kvartallarının qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.


