Prezident İlham Əliyev: Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək

Baş səhifə

Bakı. Trend:

Bura, bu bölgə (Zəngilan – red.) çox önəmli nəqliyyat
mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz
dəhlizi buradan keçəcək.

Trend xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı
kəndlərinin sakinləri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Ona görə bu rayonun, bu
bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi
Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq – qurduğumuz
şəhərlər və kəndlər bunu göstərir”.