Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə sınaqdan
keçirilmiş və nəticələri qənaətbəxş hesab edilmiş müxtəlif bitki və
heyvan növləri üzrə ümumilikdə 411 ədəd seleksiya nailiyyətindən
376 seleksiya nailiyyətinin ölkə ərazisində istifadəsinə icazə
verilib.
Bu barədə Trend-ə Aqrar Xidmətlər Agentliyindən məlumat
verilib.
Bildirilib ki, 35 seleksiya nailiyyəti isə patent hüququ
verilməklə qeydiyyata alınaraq “Azərbaycan Respublikasının
ərazisində istifadəsinə icazə verilmiş, həmçinin patentlə mühafizə
olunan bitki sort və hibridlərinin Dövlət Reyestri”nə daxil
edilib.
Bununla da, Dövlət Reyestrinin 2025-ci ilə olan vəziyyəti təqdim
olunmuş və fermerlərin ölkə ərazisində yeni və daha məhsuldar bitki
sortları və heyvan cinslərinin siyahısına əlçatanlığı təmin
edilib.

