Antonio Quterreş: Dünya iqlimlə mübarizədə öz uğursuzluğunu etiraf etməlidir

Baş səhifə
COP29

  • 28 oktyabr, 2025
  • 16:36
Antonio Quterreş: Dünya iqlimlə mübarizədə öz uğursuzluğunu etiraf etməlidir

BMT-nin baş katibi Antoniu Quterriş

REUTERS/ Denis Balibouse

Yaxın illərdə Yer kürəsinin temperaturu 1,5°C-dən çox artacaq, lakin bu artımın müvəqqəti olması üçün tədbirlər görmək hələ də gec deyil.

“Report”un “The Guardian”a istinadən məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

“Gəlin uğursuzluğumuzu etiraf edək. 1,5°C həddini aşmaq dağıdıcı nəticələrə səbəb olacaq. Bu dağıdıcı nəticələrin bəziləri isə dönüş nöqtələri olacaq”, – o qeyd edib.

BMT-nin Baş katibi Braziliyada keçiriləcək COP30-da toplaşacaq dünya liderlərini zərərli tullantıların azaldılmasını nə qədər çox təxirə salarlarsa, fəlakətli nəticələrin ehtimalının da bir o qədər artacağını etiraf etməyə çağırıb.