Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan və Böyük
Britaniya arasında ticarət əməliyyatlarının həcmi 955,5 milyon ABŞ
dolları təşkil edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü
ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 359,7 milyon dollar
və ya 60,4 faiz çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət əməliyyatlarının
həcm payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 1,73
faizini təşkil edib. Beləcə, Böyük Britaniya Azərbaycanın ən çox
qarşılıqlı ticarət əməliyyatları həyata keçirdiyi ölkələrin
sırasında yeddinci yer tutub.




Belə ki, cari ilin yanvar- sentyabr aylarında Azərbaycandan
Böyük Britaniyaya 241,2 milyon dollar dəyərində məhsul ixrac
olunub. Bu 2024-cü ilin analoji dövrünün göstəriciləri ilə
müqayisəd 159 milyon dollar və ya 39,7 faiz azdır. Digər yandan,
Böyük Britaniyadan Azərbaycana idxal isə sözügedən müddət ərzində
714,3 milyon dollar həcmində olub ki, bu da illik ifadədə 518,7
milyon dollar və ya 3,7 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan
xarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eyni
dövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz
çoxdur.

Ümumi xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları
ixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən
ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları (və
ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard ABŞ dolları (və ya
14,5 faiz) artıb.