Sumqayıtda maşın divara çırpıldı – 6 yeniyetmə yaralandı 

Baş səhifə

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq, divara çırpılıb.

Hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) yeniyetmə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib.

Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.