İslamiada: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

Baş səhifə
İslamiada: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub

Azərbaycanın futzal millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli olub.

“Report”un məlumatına görə, yarışın püşkü atılıb.

Azərbaycan millisi İslamiadada A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq.

B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.

Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adları isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.