Əlillik qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq – Anar əliyev

Baş səhifə

Bakı. Trend:

Əlillik altsistemində süni intellekt əsaslı məsləhət mexanizmi
də hazırlanır.

Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev
“SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün”beynəlxalq
konfransda deyib.

O qeyd edib ki, bu mexanizm Nəticədə həm qərarvermə prosesi
sürətlənəcək, həm də obyektivlik və şəffaflıq səviyyəsi daha da
artacaq.




Onun sözlərinə görə, Azərbaycanda “2025–2028-ci illəri əhatə
edən Süni İntellekt Strategiyası” təsdiq edilib.

O vurğulayıb ki, süni intellekt həllərinin həmçinin məşğulluq
sahəsində fərdi məşğulluq proqramlarının hazırlanmasında,
reabilitasiya sahəsində isə fərdi reabilitasiya və abilitasiya
proqramlarının hazırlanmasında tətbiqi nəzərdə tutulur.