
Bakı. Trend:
Bu ilin yanvar – sentyabr ayları ərzində Naxçıvan Muxtar
Respublikası üzrə istehlakçılara 1,3 milyon manatdan çox əlavə
dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb ki, bu da ötən ilin
eyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur.
Bu barədə Trend Naxçıvanın iqtisadiyyat nazirliyinə istinadən
xəbər verir.
Bildirilib ki, layihənin icrası müddətində istehlakçılara
qaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.
“Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin
genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların
qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə
nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 9 ayında
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə
364,1 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 69,3 milyon manat və ya 23,5 faiz çoxdur”, –
məlumatda vurğulanıb.

