Bakıda marşrut avtobusunun altı gün əvvəl vurduğu piyada ölüb.
“Report” xəbər verir ki, hadisə oktyabrın 18-də Xətai rayonuda qeydə alınıb.
Belə ki, Murad Bahadur oğlu Rüstəmovun idarə etdiyi “İsuzu” markalı, 12 saylı marşrut avtobusu ilə hərəkətdə olan zaman piyada Elçin Qafar oğlu Baxşiyevi vurub. Nəticədə piyada oktyabrın 23-də müalicə aldığı Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

