“İnter Mayami” Lionel Messi ilə müqavilənin uzadıldığını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

“İnter Mayami” özünün “X” sosial media səhifəsində forvard və
kapitan Lionel Messinin stadionda təmir işlərinin fonunda sənədləri
oxuduğunu və sonra imzaladığını göstərən bir video yayımlayıb.

Trend xəbər verir ki, “flaminqo”lar paylaşıma “O, evdədir”
şərhini yazıblar.

Qeyd edək ki, daha əvvəl 38 yaşlı futbolçunun müddəti 2028-ci
ilə qədər olan yeni müqavilə imzalayacağı bildirmişdi.




İnsayder Fabrisio Romano da argentinalının klubla anlaşdığını
yazıb.

Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu
müddət ərzində forvard bütün yarışlarda 82 matçda meydana çıxıb, 71
qol vurub və 37 məhsuldar ötürmə verib. Transfermarkt-ın məlumatına
görə, onun bazar dəyəri 18 milyon avrodur.