Nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələrlə bağlı yeni QAYDA

Baş səhifə

Bakı. Trend:

Pərakəndə ticarət orqanında göstərilən xidmətlər üzrə nağdsız
qaydada POS-terminal vasitəsilə aparılan ödəmələrlə bağlı yeni
qayda müəyyənləşdirilir.

Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.




Layihədə bildirilib ki, Vergi Məcəlləsinə əsasən vergi tutulan
əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə
ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən
xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan
ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə
nəzərə alınacaq.