Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Baş səhifə
Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb

Cəlilabadda avtomobil aşıb, 5 nəfər xəsarət alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Təklə kəndi ərazisində qeydə alınıb.

“Nissan X-Trail” markalı avtomobil sərt döngədən eniş edərkən aşıb. İlkin məlumata görə, avtomobildə olan 5 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hazırda yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.