Macarıstanın Baş naziri ABŞ-a səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orbanın Vaşinqtona səfəri
planlaşdırılır.

Trend xəbər verir ki, bu
barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto
Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdən sonra
açıqlama verib.




“Biz çox xoş bir atmosferdə görüş keçirdik və danışıqlar
planlaşdırıldığından daha uzun sürdü. Bunun əsas səbəbləri vardı —
bir tərəfdən sülh təşəbbüsləri ilə bağlı məsələləri müzakirə etməli
idik, digər tərəfdən isə Baş nazirin Vaşinqtona qarşıdakı səfərinə
dair mövzular gündəmdə idi”, – deyə Siyarto bildirib.