
Bakı. Trend:
Yol həm də mədəniyyətdir, yollar keçən yerdə inkişaf olur.
Trend xəbər verir ki,
bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan
Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid
Qurbanov Bakı-Tbilisi qatarı ilə yola düşməzdən əvvəl jurnalistlərə
açıqlamasında deyib.
O bildirib ki, Tbilisiyə qatarla sərnişindaşımanın başlaması ilə
təəssüarları çox yaxşıdır.
Sabiq sədr əlavə edib ki, bu hadisə ölkənin inkişafını təcəssüm
etdirir:
“Hər şey yaxşıdır. Hər şey uğurludur. Ölkəmizin inkişafıdır. İki
ölkə arasında müsbət, yeni bir hadisədir. Gözəl qatardır, xalqımıza
xeyirli olsun.
Gürcüstan bizim dost və qonşu dövlətimizdir, yaxın qonşumuzdur,
çox yaxşı münasibətlərimiz var. Orada bizim soydaşlarımız yaşayır.
Onların gedib gəlmək işi asanlaşacaq”.

