Bakı. Trend:
“Liverpul” hazırda sol cinah müdafiəçisi axtarışına çıxıb.
Trend xəbər verir ki,
Mersisayd təmsilçisi heyətini Alexandro Qrimaldo ilə
gücləndirəcək.
İngiltərə klubu ispan futbolçu üçün “Bayer”lə ilkin razılıq əldə
edib. Onun transferinin qışda, yoxsa yayda reallaşacağı 2 aydan
sonra bəlli olacaq.
Qrimaldonun Leverkuzen təmsilçisi ilə müqavilə müddəti 2027-ci
il iyunun 30-na qədərdir. “Barselona”nın yetirməsi olan Alex
“Benfika”da da çıxış edib.

