
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron qarətlə bağlı insidentdən
sonra Luvr muzeyində əlavə təhlükəsizlik tədbirlərinin tətbiqini
sürətləndirməyi tapşırıb
Trend xəbər verir
ki, bu barədə Yelisey sarayında keçirilən brifinqdə hökumətin rəsmi
nümayəndəsi, deleqat-nazir Mod Brejon danışıb.
“Əlavə təhlükəsizlik tədbirləri hazırlıq mərhələsində olub.
Prezident (muzey rəhbərliyindən) onların gerçəkləşdirilməsini
sürətləndirməyi tələb edib”,- deyə o bildirib.
Brejon Luvr rəhbəri Lorans de Karın prezidentə istefa ərizəsini
təqdim etməsi ilə bağlı yayılan şayiələri şərh etməkdən imtina
edib.
“İnzibati araşdırma davam edir. Onun sona çatmasını gözləmək
lazımdır”, – deyə deleqat-nazir qeyd edib.

