Avropada təbii qazın qiyməti 385 dollardan aşağı enib

Baş səhifə

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetri 385 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 22 oktyabr TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə oktyabr fyuçerslərinin qiyməti 384,9 dollar təşkil edib, bu da əvvəlki hesablama qiyməti (386,8 dollar) ilə müqayisədə 0,5% azdır.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.