“Neftçi” FIBA Avropa Kubokunda ilk qələbəsini qazanıb

Baş səhifə

Bakı. Trend:

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun əsas
mərhələsində növbəti oyununa çıxıb.

Trend-in
məlumatına görə, paytaxt təmsilçisi Bakıda Estoniya klubu “Kalev/Kramo” ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş “Neftçi”nin 95:84 hesablı qələbəsi ilə başa çatıb.




Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda Polşanın “Trefl”
komandasına 63:92 hesabı ilə məğlub olub. Azərbaycan təmsilçisi
növbəti matçını Türkiyənin “Bursaspor” klubu ilə keçirəcək.