ABŞ Dəniz Piyadalarının 250 illik yubileyi zamanı Kaliforniyadakı Kemp-Pendlton bazasında 155 millimetrlik mərmi patrul xidmətinin keçdiyi yolun üzərində partlayıb.
“Report” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildrilib ki, bir qədər əvvəl onlar ABŞ-nin vitse-prezidenti Cey Di Vensi müşayiət ediblər.
Mərminin hissələri patrul avtomobilinə və motosikletə dəyib.
Heç kim xəsarət almayıb, avtomobil yüngülcə zədələnib. Yol yoxlanıldıqdan sonra yenidən avtomobillərin hərəkəti üçün açılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

