Azərbaycanda 3 yeni KSES tikəcək şirkət müəyyənləşib

Baş səhifə
Azərbaycanda 3 yeni KSES tikəcək şirkət müəyyənləşib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşəcək Qoşasu, Seyidlər və Bülövlü kiçik su elekrik stansiyalarının (KSES) tikintisi işləri ilə bağlı satınalma yekunlaşıb.

“Report” bu barədə “Azərenerji” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, tikinti işlərini “Farcon” QSC həyata keçirəcək. Şirkətə 53,809 milyon manat ödəniləcək.