Münxen aeroportu müvəqqəti bağlanıb

Baş səhifə

Bakı. Trend:

Münxen hava limanı ötən gecə şübhəli müşahidələr səbəbindən iki
dəfə müvəqqəti bağlanıb.

Trend xəbər verir
ki, axşam saat 22:00 radələrində uçuşlar təxminən yarım saatlıq
dayandırılıb.




Saat 23:00 radələrində isə daha bir qısa fasilə elan olunub.
Hələlik bu müşahidələrin dron görüntüləri olub-olmadığı məlum
deyil. Səhər saatlarında isə uçuşlar normal qaydada davam edib.

Xatırladaq ki, oktyabrın əvvəlində də Münxen hava limanı dron
müşahidələri ehtimalı ilə iki dəfə bağlanmış və təxminən 10 min
sərnişin aeroportda gözləməli olmuşdu. Dron müşahidələrinin artması
ilə əlaqədar Almaniya hökuməti federal polisə dronları vurmaq üçün
daha geniş səlahiyyətlərin verilməsini planlaşdırır.