
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 19-na olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin
Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
– Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə
videomüsahibə verib.
– Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejimini
pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması ilə
bağlı “twitter”də paylaşım edib.
– Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündə
Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.
– Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərinin
işğaldan azad edilməsi ilə bağlı “twitter”də paylaşım edib.
– Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbi
texnikalarının siyahısı açıqlanıb.
– Düşmən taborunun qərargah rəisi məhv edilib.
– Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutması
nəticəsində, ev sahibi ağır xəsarət alıb.
– İran Ermənistana məxsus PUA-nı vurub.
– Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub.
– Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.
– Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən
ələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.

