Bakı. Trend:
Nigeriya Hərbi Hava Qüvvələri Beninin iqtisadi paytaxtı Kotonuda
baş tutmayan hərbi çevriliş cəhdinin iştirakçılarına hava zərbələri
endirib.
Trend-in
məlumatına görə, bunu “Frans Press” agentliyinə Nigeriya Hərbi Hava
Qüvvələrinin sözçüsü Ehimen Ejodamen bildirib.
Onun sözlərinə əsasən, Nigeriya Hərbi Hava Qüvvələri Qərbi
Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) və Regional
Gözləmə Qüvvələrinin protokollarına uyğun olaraq Benində
əməliyyatlar həyata keçirib.
Nigeriyanın Makama portalı yazır ki, Nigeriya qırıcıları
çevrilişə cəhd edənlərin zirehli avtomobillərlə Kotonunu tərk
etməyə çalışdığı vaxt onlara zərbələr endirib. Hava hücumlarının
Benin hakimiyyətinin məlumatı və razılığı ilə həyata keçirildiyi
bildirilib.
Şahidlər Kotonunun müxtəlif yerlərində çoxsaylı partlayışların
eşidildiyini, üsyançıların və onların avadanlıqlarının məhv
edildiyini qeyd ediblər.

