Əfqanıstan Pakistanla sülh danışıqlarına başladığını elan edib

Baş səhifə

Bakı. Trend:

Bu gün Dohada Əfqanıstan və Pakistan nümayəndə heyətlərinin
görüşü keçiriləcək.

Trend xəbər verir
ki, bunu “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mücahid
“X” sosial şəbəkə hesabında bildirib.




“Müdafiə naziri Məhəmməd Yaqubun rəhbərlik etdiyi ‘İslam
Əmirliyi (Əfqanıstan)-in yüksək səviyyəli nümayəndə heyəti
danışıqlar üçün Dohaya yola düşüb”, – Mücahid qeyd edib.

Xatırladaq ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında
48 saatlıq atəşkəs razılaşması bağlanıb. Qarşı tərəflər dəfələrlə
bir-birini atəşkəsi pozmaqda ittiham etsələr də, sonradan atəşkəs
müddətinin uzadılması barədə razılıq əldə olunub.