4 məhbus Azərbaycandan İrana ekstradisiya olunub

Baş səhifə

Bakı. Trend:

İran və Azərbaycan arasında məhkumların ekstradisiyası
razılaşmasının icrası istiqamətində 4 iranlı məhbus Azərbaycandan
İrana ekstradisiya olunub.

Trend-in
məlumatına görə, bunu İranın ədliyyə nazirinin insan haqları və
beynəlxalq məsələlər üzrə müavini Əskər Calalian yerli mediaya
açıqlamasında bildirib.




Onun sözlərinə görə, sözügedən məhbuslar məhbusluq dövrünün
qalan hissəsini keçirmək üçün Gilan vilayəti Həbsxanaları Baş
İdarəsinə təhvil veriliblər.

Calalian bildirib ki, başqa ölkələrdə, xüsusilə qonşu ölkələrdə
məhbus olan iranlıların əksəriyyəti narkotik maddələrin qaçaqçılığı
və qadağan olunan dərman preparatları daşıdıqlarına görə azadlıqdan
məhrum edilib.