Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda (IMF) ölkəmizin daxil olduğu Seçki Qrupunun növbəti növbəti İllik Toplantılarında iştirak edib.
“Report” AMB-yə istinadən xəbər verir ki, tədbirdə Seçki Qrupunda təmsil olunan ölkələrdə inkişaf dinamikası, makro-iqtisadi sabitliyin təmin olunması, maliyyə inklüzivliyinin genişləndirilməsi kimi mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub.
Həmçinin Seçki Qrupuna üzv ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi imkanı ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

