Mərkəzi Nəbatət Bağının keçmiş direktoru Arif Bayramov vəfat edib

Baş səhifə

Mərkəzi Nəbatət Bağının keçmiş rəhbəri, biologiya elmləri doktoru, professor Arif Bayramov bu gün səhər 87 yaşında vəfat edib.

Bu barədə APA-ya biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev məlumat verib.

Qeyd edək ki, Arif Bayramov 1980-ci ilin axırlarından 2000-ci ilədək Mərkəzi Nəbatət Bağının direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Arif Bayramov 1938-ci ildə Bakıda anadan olub.