
Kişinyov hava limanında bir şəxsin baqajında partlayıcı qurğu tapılıb
APA xəbər verir ki, bu haqda “Radio Chișinău” məlumat yayıb.
Sərnişinlər və hava limanı personalı təxliyə ediliblər, sərhəd polisi və Daxili İşlər Nazirliyinin xüsusi bölmələrinin əməkdaşları isə hadisə yerinə operativ şəkildə gəliblər.
“Hazırda uçuşu planlaşdırılan sərnişinlərə hava limanının onlayn lövhəsində uçuş statusunu yoxlamağı tövsiyə edirik. Yoxlamalar davam etdikcə əlavə məlumatlarla geri dönəcəyik”, — hava limanının mətbuat xidməti bildirib.
İlkin məlumata görə, çamadanı sahibi Albaniya vətəndaşı olub və o, hava limanından qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun axtarışlarını davam etdirir.

