
Bakı. Trend:
Abşeron rayon sakini polisə müraciət edərək ona məxsus marketə
müştəri qismində gələn şəxsin oradan tütün və spirtli içki
məmulatları talayaraq hadisə yerini tərk etdiyini bildirib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yeyıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata
keçirdikləri tədbirlərlə soyğunçuluq, yəni özgənin əmlakını açıq
talamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə
məhkum olunmuş 36 yaşlı C.Beydullayev saxlanılıb.
Araşdırma aparılır.

