İran Polşaya etiraz notası verib

Baş səhifə

Bakı. Trend:

İran Polşa xarici işlər nazirinin İran əleyhinə iddialar
səsləndirməsinə reaksiya olaraq Polşaya etiraz notası verib.

Trend xəbər
verir ki, bu barədə İran XİN məlumat yayıb.

Məlumata görə, İranın Xarici İşlər Nazirliyinin Aralıq Dənizi
Ətrafı və Şərqi Avropa ölkələri üzrə Departamentinin baş direktoru
Mahmud Heydəri Polşanın Tehrandakı səfiri Marçin Vilçek İran XİN-ə
dəvət olunub.




İran tərəfi Polşa xarici işlər nazirinin Rusiya-Ukrayna
müharibəsində İran PUA-larından istifadə etməsi haqda iddiaları
əsassız adlandırıb və İranın kəskin etirazı Polşa tərəfinə elan
olunub.

Polşa səfiri ölkəsinin İranla münasib əlaqələrə maraq
göstərdiyini qeyd edib və İran tərəfinin etirazını ölkəsinin Xarici
İşlər Nazirliyinə çatdıracağını bildirib.