Kanadada 11 ölkənin iştirakı ilə hərbi təlimlər başlayır

Baş səhifə

Bakı. Trend:

Bu gün Kanadanın Nyu-Bransuik əyalətində partlayıcı qurğuların
zərərsizləşdirilməsi üzrə beynəlxalq hərbi təlimlər başlayır.

Trend xəbər verir
ki, bu barədə Kanada hökuməti bəyanat yayıb.

Təlimlərin oktyabrın 29-a kimi davam edəcəyi bildirilir. “Ardent
Defender-2025” adlı hərbi manevrlər Kanadanın “Qeyctaun” hərbi
bazasında keçiriləcək. Təlimlərdə Avstraliya, Avstriya, Belçika,
Böyük Britaniya, Almaniya, Kanada, Niderland, Yeni Zelandiya,
Slovakiya, İsveç və Çexiyadan hərbçilər iştirak edəcək.




Ümumi şəxsi heyətin sayı barədə məlumat verilmir.

Təlimlər zamanı partlamamış sursatların və kustar üsulla
hazırlanmış partlayıcı qurğuların məhv edilməsi, eləcə də onların
təhlükəsiz zərərsizləşdirilməsi üzrə müxtəlif mümkün ssenarilərin
məşqi keçiriləcək.