Azərbaycanın xarici ticarət dövriyyəsi 3%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə
35,375 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyon
ABŞ dolları və ya 2,5% çoxdur.




Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,
16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%
azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Son nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət
saldo yaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və
ya 2,8 dəfə azdır.