Oktyabrın 15-də saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir
Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.
Trend bu barədə
Abşeron rayon prokurorluğuna istinadən xəbər verir.
Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində
2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır
xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı
xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan
zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs
qismində tutulub.
İbtidai istintaq davam etdirilir

