Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu öz işinə başlayıb

Baş səhifə

Xankəndi. Trend:

Bu gün Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu öz işinə
başlayıb.

Trend xəbər verir ki, tədbir “İqlimədavamlı və
sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ
həllər” mövzusunda keçirilir.

Forum Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş
Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə
tərəfdaşlığı çərçivəsində baş tutub.

Tədbirdə 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların
nümayəndələrinin, beynəlxalq təşkilatların, akademik institutların
və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak edir.




Üç gün davam edəcək tədbir şəhərsalma sahəsində aktual
çağırışların və imkanların müzakirəsi üzrə yerli və beynəlxalq
ekspertlər üçün vahid platforma rolunu oynayacaq.

Forumda münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa
prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri,
dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji-effektiv
təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, Davamlı İnkişaf
Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq
tərəfdaşlıqların inkişafı kimi mövzularda müzakirələr
aparılacaq.

Forum çərçivəsində həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri,
tətbiq olunan müasir şəhərsalma standartları və innovativ
texnologiyalar, Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi
nailiyyətlər, həmçinin müxtəlif ölkələrin qabaqcıl təcrübələrinə
dair təqdimatlar ediləcək. Eyni zamanda, şəhərsalma üzrə
tədqiqatlar aparan nüfuzlu akademik heyətin iştirakı ilə təşkil
olunan müzakirələr bu sahədə bilik mübadiləsini gücləndirəcək, elmə
əsaslanan dayanıqlı qərarların qəbuluna təkan verəcək.

Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.