Şahdəniz Kompressiya layihəsinin həyata keçirilməsi üçün dənizdə görüləcək işlər üzrə üç iri müqavilə imzalanıb

Baş səhifə

Bakı.Trend:

Şahdəniz konsorsiumu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin
həyata keçirilməsi üçün dənizdə görüləcək işlər üzrə üç iri
müqavilənin imzalandığını məmnuniyyətlə elan edir. Ümumi dəyəri
təxminən 700 milyon ABŞ dolları olan bu müqavilələr Saipem/BOS
Shelf birgə müəssisəsinə verilib.

Trend xəbər
verir ki, müqavilələr üzrə görüləcək işlərin həcminə daxildir:

Xəzər dənizində quraşdırılacaq 19000 tonluq yeni qurğu olan ŞDK
platformasının bütövlükdə daşınması və dənizdə quraşdırılması;

Təxminən 26 kilometr uzunluğunda yeni sualtı kəmərlər də daxil
olmaqla ŞDK platformasını mövcud Şahdəniz infrastrukturu ilə
birləşdirmək üçün nəzərdə tutulmuş sualtı qurğuların
layihələndirilməsi, təchizatı, tikintisi və quraşdırılması.

Quruda aparılacaq bütün tikinti işləri BOS Shelf-in idarə etdiyi
Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.

Dənizdə aparılacaq tikinti və quraşdırma işləri isə Azərbaycanın
iki əsas gəmisi vasitəsi ilə yerinə yetiriləcək:




Şahdəniz konsorsiumuna məxsus müasir texnologiyalı “Xankəndi”
sualtı tikinti gəmisi;

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə
(ASCO) məxsus “İsrafil Hüseynov” borudüzən barjı.Dəyəri 29 milyon
ABŞ dollarından çox olan bu müqavilə günəş panellərinin təchizatı
üçündür. Bu müqavilə Trina Solar (Schweiz) AG şirkətinə verilib.
Müqavilə çərçivəsində işlər artıq başlayıb və ilk panellər 2025-ci
ilin avqust ayında uğurla əraziyə çatdırılıb.

Yeni müqavilələrin şərtlərinə əsasən hər iki gəmi Saipem
tərəfindən idarə olunacaq.

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali
Afrikada layihələr üzrə vitse-prezidenti Mətt Kirkham:

“İrihəcmli tikinti və quraşdırma işləri üçün bu yeni
müqavilələri verməklə biz ŞDK layihəsində mühüm irəliləyiş edirik.
Bu müqavilələr yerli işçi qüvvəsini layihəyə cəlb etməklə ölkənin
tikinti-quraşdırma sahələrindən və digər infrastrukturundan tam
istifadəyə yol açır. Bu, bir daha onu göstərir ki, Azərbaycanın həm
quruda istehsal, həm də dənizdə quraşdırma işləri üçün beynəlxalq
standartlara tam cavab verən dünya səviyyəli imkanları var. Bircə
onu demək kifayətdir ki, 2026–2028-ci illərdə ŞDK layihəsi üçün
ümumilikdə 3040 ton çəkisində sualtı infrastrukturun inşa ediləcəyi
və quraşdırılacağı planlaşdırılır. Bu xeyli böyük bir iş həcmidir
və rəqəm olaraq gördüyümüz işlərin miqyas və məramını çox aydın əks
etdirir. Bu mühüm müqavilələrin bağlanmasında əməyi olan hər kəsə
təşəkkürümü bildirirəm.”

Planlaşdırılır ki, dənizdə aparılacaq işlər 2026-cı ilin üçüncü
rübündə dənizdibi payaların quraşdırılması ilə başlayacaq və
2029-cu ildə başa çatacaq.