İğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığı proqramlarına cəlb olunub – Sadiq Əliyev

Baş səhifə

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığı kurslarının
təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq
olunur.

Trend xəbər
verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri
Sadiq Əliyev “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə
İnvestisiya” adlı panel müzakirədə çıxış edərkən deyib.

O bildirib ki, Dövlət Məşğulluq Agentliyi həmçinin işğaldan azad
edilmiş ərazilərdə də təhsil və məşğulluq təşəbbüsləri ilə çıxış
edir:

“Xüsusi olaraq qeyd etmək istərdim ki, işğaldan azad edilmiş
ərazilərdə Agentliyimiz tərəfindən peşə hazırlığı kurslarının
təşkili üçün xüsusi güzəştlər və təşviq mexanizmləri tətbiq olunur.
İşğaldan azad edilmiş ərazilərdə peşə hazırlığının təşkilini
stimullaşdırmaq və ixtisaslaşmış təlim müəssisələriniregiona cəlb
etmək məqsədilə Azərbaycan Respublikası Əməkvə Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə adambaşına düşən
vəsaitə 20% əlavə tətbiq edilir. Bundan əlavə, Qarabağ Peşə
Hazırlığı Mərkəzi özəl təlim müəssisələriilə birgə regionun
ehtiyaclarına uyğun olaraq birgə təlimlərtəşkil edir, öz
infrastrukturundan işəgötürənlər üçün genişistifadəyə imkan
yaradır. Bu regionlarda infrastrukturunbərpası ilə yanaşı, insan
kapitalının bərpası da prioritet istiqamətlərdəndir”.




Sadiq Əliyev qeyd edib ki, hazırda bu ərazilərdə 300-dən çox
şəxs peşə hazırlığı proqramlarına cəlb olunub və bu proses
mərhələlişəkildə genişlənir:

“Bu, həm regionların sosial dirçəlişinə, həm dədayanıqlı
məşğulluq ekosisteminin formalaşmasına xidmət edir. Tərəfimizdən
təhsil və insan kapitalına qoyulan investisiya fəaliyyəti kimi daha
bir istiqamətə diqqətinizi çəkmək istəyirəm. Burada Agentliyimizin
Mərkəzi Karyera Filialının fəaliyyətini nəzərdə tuturam. Bu filial
vətəndaşların, xüsusilə də yeniyetməvə gənclərin karyera inkişafı,
peşə seçimi və bacarıqlarınıninkişafı istiqamətində sistemli
xidmətlər göstərməklə, ömürboyu öyrənmənin davamlılığını təmin
edir”.

“Bu məqsədlə MKF tərəfindən layihələr həyata keçirilir,
forumlar, sammitlər və karyera festivalları təşkil olunur. Bu
tədbirlərdə gənclər öz potensiallarını və maraqlarını tanımaq
imkanı əldə edirlər; əməkbazarının tələblərinə uyğun ixtisas və
bacarıqlar öyrənirlər; nəticədə öz gələcək təhsil seçimlərini
təsadüfi deyil, qanunauyğun şəkildə edirlər. Bütün bunlar da
gənclərin, tələbələrin və işaxtaran şəxslərin peşə, bacarıq və
karyeraplanlaması sahəsində bilik və bacarıqlarına sərmayə
qoyulmasıdeməkdir. Bununla da MKF insan kapitalının formalaşmasında
birbaşa iştirak edir”, – deyə Sadiq Əliyev əlavə edib.