
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağının bərpası prosesinin
artıq başladığını bildirib.
Trend xəbər verir
ki, bunu Tramp Misirdə Qəzza üzrə sülh sazişinin imzalanmasından
sonra çıxışında deyib.
“Bərpa, ehtimal ki, ən asan mərhələ olacaq. Ən çətin hissəni
artıq arxada qoyduğumuza inanıram, çünki bundan sonrakı proses
tədricən öz axarına düşəcək. Böyük sərvətə, gücə və ləyaqətə malik
bir çox ölkə Qəzzanın bərpasına yardım etmək və bunun üçün bütün
zəruri vəsaiti ayırmaq istəyi ilə bu gün və son günlər mənə
müraciət edib”, – deyə Tramp qeyd edib.
O əlavə edib ki, döyüş əməliyyatları başa çatdıqdan sonra
Qəzzaya humanitar yardımın axını artıq başlayıb.

