İran danışıqlara hazır olsa, Vaşinqton Tehrana qarşı sanksiyaları ləğv etməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündə bildirib.
“Onlar dialoqa hazır olanda sanksiyaları məmnuniyyətlə ləğv edərdim. Amma onlar indiki sanksiyalar altından “sağ çıxa bilməyəcəklər”, onlar o qədər sərtdirlər. Bir an gələcək, özləri deyəcəklər ki, sanksiyaların götürülməsini istəyirlər. Sonda sülh əldə edəcəyik”, – o deyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

