Qarabağ Azərbaycan mənəviyyatının mərkəzlərindən biridir.
Bunu “Report”un Xankəndinə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şironov deyib.
O, gənclərə milli-mənəvi dəyərlərin aşılanmasının hər zaman aktual olduğunu vurğulayıb:
“Mənəvi dəyərlər” həftəsinin qeyd olunmasının əsas məqsədlərindən biri Qarabağın Azərbaycan mənəviyyatındakı əhəmiyyətini tələbələrə izah etməkdir. Həqiqətən, Qarabağ Azərbaycan mənəviyyatının mərkəzlərindən biridir və böyük Zəfərimiz onun bu statusunu daha gücləndirib”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

